Orfey (opera)

Orfey
it. Orfeo
Nəşrin başlıq səhifəsi
Bəstəkar Klaudio Monteverdi
Librettoçu Alessandro Strico k.
Dili italyanca
Süjet "Orfey" yunan mifologiyası
Pərdə 5 pərdə[1]
Yaradılma tarixi 1607
İlk səhnələşdirmə 24 fevral 1607[1]
Mantova[d]
Premyera

24 fevral 1607
Mantue şeheri,

İtaliya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Orfey" (it. Orfeo, bəzən it. L’Orfeo, favola in musica) — Klaudio Monteverdinin 1607-ci ildə kiçik Alessandro Striconun librettosu əsasında yazdığı opera. Bu opera Kristof Villibald Qlyukun "Orfey və Evridika" ilə birlikdə qədim yunan mifi Orfeyə aid ən mühüm musiqi əsərlərindən biri sayılır[2]. Dünyanın bir çox teatrlarında bu gün də müntəzəm olaraq göstərilən erkən operalar sırasına daxildir. Operanın premyerası 24 fevral 1607-ci ildə İtaliyanın Mantue şəhərində olmuşdur. Opera Mantuan sarayında hər il keçirilən ənənəvi karnavalda göstərilmək üçün yazılmışdır.

XVII əsrin əvvəllərində musiqili teatrda ənənəvi intermediya, yəni pyesin əsas pərdələri arasında musiqi nömrələr, tədricən tam musiqi dramına çevirildi, hansı ki sonradan "opera" adını aldı. Monteverdinin "Orfeyi" eksperiment dövrünə son qoydu və yeni janrın ilk mükəmməl əsəri oldu. Premyeradan sonra opera Mantuedə yenidən oynanıldı və çox güman ki, bir neçə il ərzində İtaliyanın digər şəhərlərində də bu baş verdi. Monteverdinin partiturası 1609-cu ildə nəşr edildi, 1615-ci ildə isə yenidən nəşr olundu. Kompozitorun 1643-cü ildə ölümündən sonra opera unuduldu, və yalnız XIX əsrdə ona yenidən marağın artması yeni redaksiyalara və tamaşalarının yaranmasına səbəb oldu. Əvvəlcə konsert proqramı şəklində təhsil müəssisələrinin və musiqi dərnəklərinin daxilində oynanılırdı. İlk opera tamaşası 1911-ci ildə Parisdə göstərildi, və o andan etibarən "Orfey" səhnələrdə daha çox görünməyə başlandı. İkinci dünya müharibəsindən sonra daha çox autentik ifaya üstünlük verilirdi. 2007-ci ildə operanın 400 illiyi dünyanın bir çox ölkələrində nümaiş edilərək qeyd olundu.

Monteverdi opera partiturasının nəşrində 41 alətin olmasını göstərir, hansılar ki müxtəlif qruplara birləşərək, personajların xarakterlərinin və müxtəlif səhnələrin təsviri üçün istifadə olunur. Belə ki, simli, klavesinlər və uzununa fleytalar Frakiyanın nimfalar və çobanların yaşadığı pastoral bölgələrini təsvir edirlər; nəfəsli mis musiqi alətləri isə Yeraltı dünyanı və onun sakinlərini nümayiş etdirirlər. İntibahdan barokkoya olan keçid dövründə yaradılmış "Orfey" onun üçün müasir olan bütün musiqi nailiyyətləri və xüsusilə polifoniyanı istifadə edir. Monteverdinin novatorluğu müəllifin ifaçılara aid bir neçə "istəkləri" ilə təchiz edlmiş partituranın orkestrlənməsində özünü göstərdi. Eyni zamanda, orkestr partiturasının fakturanın bütün detalları ilə birlikdə dəqiq yazılmış alətli, notlaşmış templi, nüanslı sonrakı (klassik) anlaşılmasından fərqli olaraq, "Orfeyin" partiturası improvizasiya üçün musiqiçilərə müəyyən sərbəstlik verirdi.

  1. 1 2 Archivio Storico Ricordi. 1808.
  2. "A. Qozenpud. "Orfey"". 2011-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-12.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search